Azərbaycan Texniki Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə müqavilə imzalayıb

Azərbaycan Texniki Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə müqavilə imzalayıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, universitetin əməkdaşlarına agentlik tərəfindən “Strateji idarəetmədə keyfiyyət təminatı”, “Daxili keyfiyyət təminatı” və “Xarici keyfiyyət təminatı” başlıqları altında 11 fərqli mövzuda təlimlər keçiriləcək. Təlimlərin peşəkar ekspertlər tərəfindən keçirilməsi və ilkin olaraq onlayn (məsafədən), daha sonra zərurət yarandıqda pandemiya qaydalarına uyğun olaraq oflayn (yerində) təşkili nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər