Doqquz ay ərzində Azərbaycanda 83 minə yaxın körpə doğulub

Doqquz ay ərzində Azərbaycanda 83 minə yaxın körpə doğulub Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 82 min 928 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,5, qızların xüsusi çəkisi isə 46,5 faiz olub. Körpələrdən 2104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulub.
Doqquz ay ərzində ölkədə 56 min 173 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil edib.

Tehsil-press.az



Oxşar xəbərlər