Milli Məclisin deputatı Minskdə keçirilən elmi konfransda iştirak edəcək

Milli Məclisin deputatı Minskdə keçirilən elmi konfransda iştirak edəcək Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov elmi konfransda iştirak etmək üçün noyabrın 23-də Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.
“Nizami İli” çərçivəsində keçirilən tədbir Azərbaycanın Belarusdakı səfirliyi və Belarus Milli Kitabxanası tərəfindən təşkil olunub. Toplantıda Belarus Yazıçılar Birliyinin rəhbəri, Belarus Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, elm adamları, ziyalılar iştirak edəcəklər.
Səfər noyabrın 24-də başa çatacaq.

Tehsil-press.az


Oxşar xəbərlər