BDU-da elmi seminar: Nizami yaradıcılığında didaktik motivlər

BDU-da elmi seminar: Nizami yaradıcılığında didaktik motivlər Bakı Dövlət Universitetinin (BDU) Şərqşünalıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində fakültənin 99-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.
Tədbirdə fakültənin dekanı, professor Elxan Əzizov layihə müddətində görkəmli məzunlarla görüşlərin əhəmiyyətindən, bu istiqamətdə məzunlarla əlaqələrin gücləndirilməsindən, son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, tətbiq edilən yeniliklərdən, fakültənin beynəlxalq əlaqələrindən söz açıb.
Fakültənin məzunları - Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Malayziyadakı səfiri Qaley Allahverdiyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Türk filologiyası kafedrasının professoru, Milli Məclisin deputatı Jalə Əliyeva, Türk filologiya kafedrasının professoru, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək Şərqşünaslıq fakültəsinin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açıblar. Çıxışlarda 99 yaşlı Şərqşünaslıq fakültəsinin ölkəmizdə yüksəkixtisaslı şərqşünas kadr hazırlanmasında rolundan danışılıb.
Sonra İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli çıxış ediblər.
Qeyd edək ki, yekun görüşdə fakültənin tanınmış məzunları, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər