Belarus Milli Elmlər Akademiyası Radiobiologiya İnstitutunun laboratoriya rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Natalya Veyalkovanın iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda elmi seminar keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri və aparılan elmi-tədqiqat işləri barədə məlumat verib.
Qurum arasında elmi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.
N.Veyalkovanın "Belarus Milli Elmlər Akademiyasının Radiobiologiya İnstitutunun Dövlət Elmi Təşkilatının elmi-tədqiqat istiqamətləri" mövzusunda məruzəsi maraqla qarşılanıb. Belaruslu alim bildirib ki, Radiobiologiya İnstitutu radioaktiv tullantılarla ətraf mühitin çirklənməsinin qarşısının alınması, həmçinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində metodlar hazırlayır.
Məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Tehsil-press.az