AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Belarus jurnalist-yazarları Larisa Kuçerova və Dmitri Koşevar ilə görüş olub.
Görüşdə İkinci Dünya müharibəsində Belarus cəbhəsində döyüşmüş azərbaycanlılar haqqında kitab hazırlanması məsələsi müzakirə olunub.
MATM-ın baş direktoru akademik Nailə Vəlixanlı muzeyin kitabın hazırlanmasına dəstək göstərəcəyini diqqətə çatdırıb. Bildirilib ki, muzeyin fondlarında hazırlanacaq kitab üçün bir çox əhəmiyyətli materiallar mövcuddur.
Larisa Kuçerova İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların Belarus uğrunda qəhrəmancasına döyüşdüyünü və Belarus xalqının bunu heç vaxt unutmayacağını vurğulayıb.
Sonra belaruslu qonaqlar muzeyin ekspozisiyası, “Anadır arzulara hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgilər ilə tanış olublar. Onlara muzeyin nəşrləri təqdim edilib.
Tehsil-press.az