İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda Azərbaycan ilə Qazaxıstan arasındakı mədəni əlaqələrdən danışıb

İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda Azərbaycan ilə Qazaxıstan arasındakı mədəni əlaqələrdən danışıb Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova Qazaxıstan Respublikasının Təhsil Nazirliyi və Ramazan Süleymenov adına Şərqşünaslıq İnstitutunun “Qazaxıstan və Şərq dünyası: keçmiş, indi və gələcək” mövzusunda birgə təşkil etdikləri beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Tədbirdə E.Əzizova Azərbaycan ilə Qazaxıstan arasında mövcud mədəni əlaqələrdən danışıb. Məruzəçi qeyd edib ki, hər iki dövlət türk-İslam dünyasının siyasi və iqtisadi cəhətdən önəmli təmsilçiləridir. Bu səbəbdən qarşılıqlı münasibətlər son dövrlərdə xüsusilə inkişaf etməkdədir.

Tehsil-press.az


Oxşar xəbərlər