Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, dosent Anar Qafarov Türkiyənin Konya şəhərində “Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Anar Qafarov konfransda “Əxlaqın mənbəyi müstəvisində Mövlanə yaradıcılığının təhlili” mövzusunda məruzə edib. O, Mövlanənin əxlaq düşüncəsini metafizik, epistemoloji, psixoloji və sosioloji aspektlərdən analiz edib, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə şərh edib.
Anar Qafarov çıxışında İslam dünyasının dahi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edib, onun “Divani-Kəbir”, “Məsnəvi” və “Fihi ma fih” əsərlərində yer alan bir neçə metaforadan nümunələr gətirib.
Tehsil-press.az