Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 72,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.

Tehsil-press.az


Oxşar xəbərlər