Turizm və Menecment Universiteti beynəlxalq elmi forumda təmsil olunub

Turizm və Menecment Universiteti beynəlxalq elmi forumda təmsil olunub Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiya Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “XXI əsrdə Xəzər regionu: davamlı inkişaf yolları” mövzusunda beynəlxalq elmi forumda iştirak edib.
Tədbirdə N.Quliyev “Azərbaycanda turizmin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə azərbaycanlı alimin Xəzəryanı ölkələrdə turizm imkanlarının öyrənilməsi və turizm marşrutlarının kriteriyalarının müəyyən edilməsi təklifi rəğbətlə qarşılanıb.
Tədbirdə I Xəzər Elm Forumunun Bakı şəhərində keçirilməsi təklifi irəli sürülüb.
Qeyd edək ki, beynəlxalq elmi forumun təşkilində başlıca məqsəd Xəzərətrafı ali təhsil müəssisələrinin dəstəyi ilə region əhəmiyyətli müştərək akademik araşdırmalara nail olunması və elmi əməkdaşlıq imkanlarının müzakirəsinin təşkili məsələsi idi.

Tehsil-press.az

Oxşar xəbərlər