Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) doktorantları Humay Cəfərli və Sənubər Qənbərova Türkiyənin Kocaeli şəhərində keçirilən Turizm, iqtisadiyyat və biznes elmləri üzrə II beynəlxalq konqresdə iştirak ediblər.
Tədbirdə “Qloballaşma kontekstində biznes turizminin tərifi və faydaları” mövzusunda məruzə ilə çıxış edən H.Cəfərli biznes turizminin ictimai əhəmiyyəti, müsbət və mənfi təsiri, biznes turizmi üçün əsas bazar, biznes səyahətin subsistemləri, iş səfərlərinin məqsədləri və biznes turizmi sənayesinin çoxtərəfli infrastrukturu məsələlərindən danışıb.
S.Qənbərova “Azərbaycanda turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda məruzəsində isə ölkəmizdə turizmə dövlət qayğısı kontekstində milli mətbəximizin əhəmiyyətli rolunu faktlar əsasında iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verib.
Beynəlxalq tədbir çərçivəsində ATMU-nun əməkdaşları xarici ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək universitetlər arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
On üç ölkədən 100-dən çox tədqiqatçının qatıldığı beynəlxalq konqresin iştirakçılarına sertifikatlar təqdim olunub.

ATMU-nun Mətbuat Xidməti