Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları videoformatda qəbul edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları videoformatda qəbul edib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva videoqəbul formatında vətəndaş qəbulu keçirib.
İdarə müdiri vətəndaşların müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Videoqəbulda qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Qeyd edək ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Videoqəbulda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
BŞTİ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Çağrı Mərkəzinə (146-0 nömrəli) zəng etməklə və ya idarənin saytındakı müvafiq bölməyə daxil olmaqla məlumat ala bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər