Dövlət Neft və Sənaye Universiteti tələbələrinin “Lukoil” şirkətində təcrübə imkanları müzakirə olunub

Dövlət Neft və Sənaye Universiteti tələbələrinin “Lukoil” şirkətində təcrübə imkanları müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Lukoil” şirkəti tərəfindən yenilənən “Lukoil” guşəsinin açılışı olub. Daha sonra şirkətin vitse-prezidenti Maksim Donde və nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə rektor Mustafa Babanlı əmək bazarına uyğun kadr hazırlığında prioritet istiqamətlərdən danışıb.
Maksim Donde təmsil etdiyi şirkətin tələbələr üçün iş imkanları, layihələri, təcrübə proqramları və işçi heyəti haqqında məlumat verib. Tələbələrlə işin “Lukoil” şirkəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən M.Donde əmək bazarının və şirkətlərin tələblərinə uyğun kadr hazırlığı üçün müxtəlif imkanlar və perspektivlər olduğunu deyib. O, yeni elmi layihələrin və tələbələrlə təcrübə proqramlarını reallaşdırmağın əsl zamanı olduğunu vurğulayıb.
Sonra ADNSU tələbələrinin “Lukoil” şirkətinə ekskursiyası və istehsalatda təcrübə imkanları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər