Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR–KBR” MMC-nin nümayəndələri ilə tələbələrin görüşü olub.
Görüşdə şirkətin baş direktorunun texniki məsələlər üzrə müavini Şamil Babanlı “SOCAR–KBR” MMC-nin fəaliyyəti, layihələri haqqında təqdimatla çıxış edib.
Şirkətin insan resursları üzrə meneceri Səidə Qurbanova, mütəxəssis Səbinə Ələkbərova məzun və tələbələr üçün təcrübə proqramı, işə qəbul prosesi barədə məlumat veriblər. ADNSU-nun məzunu, mühəndis-texnoloq Aydan Kazımova isə təcrübə proqramına müraciət barədə şəxsi təcrübəsini bölüşüb.
Sonra tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti