UNEC-də diplomat və yazıçı Vintsas Krevenin xatirəsi əbədiləşdiriləcək

UNEC-də diplomat və yazıçı Vintsas Krevenin xatirəsi əbədiləşdiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 1919-1920-ci illərdə Azərbaycanda ilk konsul olmuş diplomat və yazıçı Vintsas Krevenin xatirəsi əbədiləşdiriləcək.
Bu barədə Litvanın ölkəmizdəki səfirliyi tərəfindən müraciət olunub. Bu məqsədlə universitetdə litvalı diplomatın adına auditoriya yaradılacaq və barelyef qurulacaq.
Qeyd edək ki, litvalı diplomat həmin dövrdə Bakı Realnı məktəbində (indiki İqtisad Universiteti) müəllim kimi də fəaliyyət göstərib.

Tehsil-press.az


Oxşar xəbərlər