Akademik Gövhər Baxşəliyeva: Vidadi Mustafayev Azərbaycan şərqşünaslığında dəyərli tədqiqatları ilə seçilən alimdir

Akademik Gövhər Baxşəliyeva: Vidadi Mustafayev Azərbaycan şərqşünaslığında dəyərli tədqiqatları ilə seçilən alimdir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin 70 illik yubileyi qeyd edilib.
Tədbirdə çıxış edən institutun baş direktoru akademik Gövhər Baxşəliyeva Vidadi Mustafayevin Azərbaycan şərqşünaslığında xüsusi yeri olan, dəyərli tədqiqatları ilə seçilən bir alim olduğunu deyib. O, Vidadi Mustafayevi əsl ziyalı, yüksək biliklərə malik, prinsipial, mövqeyində sabit və dəyişməz bir tədqiqatçı, yüksək mədəniyyətə, insani keyfiyyətlərə xas bir insan kimi dəyərləndirib.
Dosent Səməd Bayramzadə yubilyarla 1979-cu ildə institutun Cənubi Azərbaycan şöbəsində birgə başladıqları elmi fəaliyyətdən, həmçinin 1983-cü ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda təcrübəçi-tədqiqatçı olaraq çalışdığı dövrdən danışıb. O, Vidadi Mustafayevin elmi fəaliyyətindən, çap olunmuş kitablarından ətraflı bəhs edib.
Tədbirdə çıxış edənlər Vidadi Mustafayevin şərqşünaslıq elmində tutduğu mövqeyindən danışıb, yubilyarı təbrik ediblər.
Sonda Vidadi Mustafayev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər