Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart - Elm Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq ölkəmizdə elmə dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə respublikamızda Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.
G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.
Akademik bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən, məqsədyönlü, ölkənin milli maraqlarının qorunmasına və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində Azərbaycanın qüdrətli iqtisadiyyata, güclü hərbi potensiala, beynəlxalq və regional səviyyədə söz sahibliyinə malik olduğunu deyib. Bildirib ki, bütün bunların nəticəsi olaraq Azərbaycan həm ölkə daxilində, həm də regional və beynəlxalq səviyyədə yeni reallıq yaratmağa nail olub. Hazırda elm sahəsində mövcud durumun ölkə üzrə yeni reallığa cavab verməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir, islahatlar aparılır, idarəetmə sistemində infrastrukturun optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər planlaşdırılır.
G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq İnstitutu fəaliyyətdə olduğu 63 il ərzində elmimizə böyük töhfələr verib. Burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. Bu illər ərzində 800-ə yaxın monoqrafiya, kitab, məqalələr məcmuəsi nəşr olunub və bunların da yarıdan çoxu müstəqillik illərinə təsadüf edir.
Tədbirdə institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasov və digərləri çıxış edərək Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıblar, institutun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.
Tehsil-press.az