Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbiri açan elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb: “Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Ümummilli Lider həm sovet dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaradıb, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyub”.
Gövhər Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini xatırladıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk edildiyini söyləyən akademik, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın yüksək inkişafına nail olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq torpaqları işğaldan azad etdiyini vurğulayıb.
Gövhər Baxşəliyeva Ümummilli Liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad olunduğunu deyib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən bəhs edib.
İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova çıxışında bildirib ki, bu gün biz Ulu Öndəri zəfər qazanmış Azərbaycan vətəndaşı kimi qürurla anırıq: “Heydər Əliyev Azərbaycanın və hər bir azərbaycanlının həyatında və taleyində silinməz izlər qoyub. Ulu Öndər həmişə Azərbaycanı sevən və bütün həyatını sevdiyi Azərbaycanına həsr edən, onun uğrunda çalışan, hər addımını vətəni və xalqı üçün atan, ürəyi hər saniyə bu məmləkət üçün döyünən bir şəxsiyyət, bir siyasətçi kimi xatırlanacaq”.
Tehsil-press.az