ADNSU ilə Karabük Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADNSU ilə Karabük Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türkiyənin Karabük Universiteti arasında ikili diplom proqramlarının tətbiqi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi ADNSU-nun rektoru professor Mustafa Babanlı və Karabük Universitetinin rektoru professor Refik Polat imzalayıblar.
İmzalanma mərasimində professor Refik Polat Karabük Universiteti haqqında məlumat verib. O, universitetin qazandığı uğurlardan, elmi nailiyyətlərindən, maddi-texniki imkanlarından danışıb, dünyanın yüzlərlə ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyib.
Rektor Mustafa Babanlı Karabük Universiteti ilə əməkdaşlığın hər iki ali məktəb üçün, xüsusilə ADNSU üçün yeni perspektivlər yaradacağını bildirib.
İki universitet arasında bağlanmış müqaviləyə görə bakalavr təhsil səviyyəsində 7 ixtisas üzrə ikili diplom proqramının tətbiqi nəzərdə tutulub. İlkin olaraq 5 tələbənin mübadiləsi ilə layihəyə start veriləcək.
Eyni zamanda, əməkdaşlıq müqaviləsində yeni layihələrin və proqramların icrası da öz əksini tapıb.

Tehsil-press.az



Oxşar xəbərlər