Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Karabük Universitetinin professorları Yavuz Sun, Mehmet Unal və Hayrettin Ahlatçı ilə görüşüb.
Görüşdə Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyəti və elmi nailiyyətləri haqqında məlumat verib.
Rektor deyib ki, universitetdə dünya standartlarına uyğun təhsil qurulub, beynəlxalq əlaqələrə, ayrı-ayrı xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığa önəm verilir. M.Babanlı bu baxımdan Türkiyənin Karabük Universiteti ilə elmi əlaqələrin qurulması, müştərək layihənin icrası istiqamətində aparılan danışıqların hər iki təhsil müəssisəsi üçün əhəmiyyətli olacağını vurğulayıb.
Karabük Universitetinin Polad Çuqun Tədqiqat İnstitutunun direktoru, professor Yavuz Sun təmsil etdiyi universitetdə tədris olunan ixtisaslar, maddi-texniki baza, beynəlxalq əməkdaşlıq, fakültələr haqqında danışıb.
Sonra qarşılıqlı əməkdaşlıq istiqamətində müzakirələr aparılıb, mühüm layihələr planlaşdırılıb.

ADNSU-nun Mətbuat Xidməti