Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinin nümayəndələri ilə görüşüb.
Görüşdə professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, burada tədris olunan ixtisaslar və ali məktəbin beynəlxalq mübadilə proqramlarında iştirakı haqqında ətraflı məlumat verib. ADNSU-nun Türkiyənin bir çox universitetləri ilə mübadilə proqramlarında iştirak etdiyini və bu istiqamətdə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edən rektor, eyni zamanda, İsparta Tətbiqi Elmlər Universiteti ilə Mövlanə mübadilə proqramı çərçivəsində və elmi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub.
İsparta Tətbiqi Elmlər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Abdullah Diler Mövlanə mübadilə proqramı çərçivəsində texniki və sənaye ixtisasları üzrə ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra ADNSU ilə İsparta Tətbiqi Elmlər Universiteti arasında Mövlanə mübadilə proqramı üzrə memorandum imzalanıb.
ADNSU-nun Mətbuat Xidməti