Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Karabük Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Karabük Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və ali məktəbin bir neçə əməkdaşı Türkiyənin Karabük Universitetində olub.
Görüşdə Karabük Universitetinin rektoru, professor Refik Polat müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb.
Görüş zamanı rektorlar iki universitet arasındakı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. ADNSU və Karabük Universiteti arasında müştərək elmi layihələrin icrası, təhsildə mübadilə və qabaqcıl təcrübənin paylaşılması, o cümlədən ortaq araşdırma layihələri, ortaq təhsil prosesinin qurulması və bu istiqamətdə digər mühüm məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişafı ilə bağlı qərar qəbul olunub, iki ali məktəb arasında əməkdaşlıq memorandumu imzalanıb.
Eyni zamanda, rektor M.Babanlı Karabük Universitetinin “Polad Çuqun” Tədqiqat İnstitutunda elmi məruzə ilə çıxış edib, ADNSU-nun nümayəndə heyəti Karabük Universitetinin laboratoriyaları və tədqiqat mərkəzi ilə tanış olub.

Tehsil-press.az


Oxşar xəbərlər