Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Olişenko ilə görüşüb.
Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin və perspektivlərin müzakirə olunduğu görüşdə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.
ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə tədris üsulları, ixtisaslar, beynəlxalq əməkdaşlıq, əcnəbi tələbələr və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında geniş məlumat verib. Universitetdə əcnəbi tələbələr arasında ukraynalı tələbələrin hər zaman çoxluq təşkil etdiyini deyən rektor bundan sonra da tələbə mübadiləsi sahəsində geniş əməkdaşlıq etmək niyyətində olduğunu bildirib və birgə layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bir sıra Avropa ölkələri ilə əlaqələrin qurulduğunu deyən Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetin rektoru V.Olişenko Azərbaycanda ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Hər bir tələbənin digər mədəniyyətləri və tədris üsullarını görüb öyrənməli olduğunu qeyd edən V.Olişenko bu baxımdan ukraynalı tələbələrin ADNSU-da qazanmalı olduqları keyfiyyətlərdən danışıb. Təmsil etdiyi universitet haqqında məlumat verən V.Olişenko ADNSU ilə hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ADNSU-nun Mətbuat Xidməti