Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Çinin Şimal-Şərqi Neft Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İmzalanma mərasimində rektor Mustafa Babanlı universitetdə tədris olunan ixtisaslar, MBA proqramları, beynəlxalq əməkdaşlıq əlaqələri və ikili diplom proqramları haqqında ətraflı məlumat verib. Çin universitetləri ilə uzunmüddətli əlaqələrin olduğunu qeyd edən rektor ikili diplom proqramları və tələbə mübadiləsi istiqamətində əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.
Çinin Şimal-Şərqi Neft Universitetinin rektoru, professor J.Minghu rəhbərlik etdiyi universitetin fəaliyyətindən danışıb, ADNSU ilə sıx və davamlı əməkdaşlıq üçün hər cür imkanlarının olduğunu deyib.
Sonra əməkdaşlığa dair müqavilə imzalanıb.
Tehsil-press.az