Azərbaycanı “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında təmsil edəcək gənclərin seçilməsi üçün kibertəhlükəsizlik üzrə milli yarışa start verilir.
Üç mərhələdən ibarət yarışda 25 yaşadək gənclər iştirak edə bilərlər. Qeydiyyatdan keçən namizədlər arasından seçilmiş iştirakçılar ikinci mərhələdə kibertəhlükəsizlik üzrə nəzəri və praktiki sualları cavablandırmalıdırlar. Üçüncü mərhələdə isə namizədləri texniki və nəzəri çalışmalar gözləyir.
Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaq. Qalib olan iki iştirakçı 2022-ci il oktyabrın 12-17-də “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Kibertəhlükəsizlik üzrə milli yarışa müraciətlər dekabrın 28-dək qəbul edilir.
Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Tehsil-press.az