Texniki Universitet ilə “AzerGold” arasında əməkdaşlıq uğurla davam edir

Texniki Universitet ilə “AzerGold” arasında əməkdaşlıq uğurla davam edir Azərbaycan Texniki Universiteti (AzTU) ilə "AzerGold" QSC arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
İki müəssisə arasında 2021-2022-ci illər üzrə qarşılıqlı əməkdaşlığa dair fəaliyyət planına əsasən QSC-nin insan resursları üzrə baş mütəxəssisi Valid Əliyev Metallurgiya və materialşünaslıq fakültəsinin III kurs tələbələrinə təlim keçib.
Əvvəlcə "AzerGold" QSC-nin fəaliyyəti barədə tələbələrə məlumat verilib. Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda sual-cavabda fəal iştirak edən tələbələrə "AzerGold" QSC-nin hədiyyələri təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər