Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AzerGold” QSC-nin təşkilatçılığı ilə “Universitetdən karyeraya uğurlu keçid” mövzusunda onlayn seminar keçirilib.
Seminarda çıxış edən “AzerGold" QSC-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Valid Əliyev CV formasının hazırlanması, müsahibə formaları və müsahibəyə hazırlıq, işə qəbul prosesi və müraciət yolları haqqında geniş təqdimatla çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb. Seminarda aktiv iştirak edən tələbələr mükafatlandırılıb.
Seminarda ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin əməkdaşları, tələbələr, həmçinin digər ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Tehsil-press.az