BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub

BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edib.
Əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah edilib, onlar xüsusi geyim dəstləri ilə təmin olunublar.
Sonra qonaqların filiz emalı sahəsinə ekskursiyası təşkil edilib. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.
Görüşdə Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova, dekan müavini İlqar Quliyev, faydalı qazıntılar kafedrasının dosenti Şəhla Abdullayeva, tələbə və magistrantlar iştirak ediblər.
Xatırladaq ki, 2019-cu ildə “AzerGold” QSC və BDU arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolda qarşılıqlı razılıq əsasında ölkə ərazisində metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər