Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin professoru, elektrik və elektronika sahəsi üzrə görkəmli alim Cengiz Taplamacıoğlu AzTU-nun qonağı olub.
Universitetdə olduğu 4 gün müddətində türkiyəli professor Energetika və avtomatika fakültəsinin tələbə və müəllimləri ilə görüşüb.
Cengiz Taplamacıoğlu Türkiyədə təhsilin təşkili, Qazi Universitetinin mühəndis hazırlığının prioritet istiqamətləri, iki ölkə arasında enerji mübadiləsi məsələləri, “yaşıl enerji” texnologiyalarının enerji sisteminə inteqrasiyası problemləri, gərginliyin idarəolunmasında müasir üsullar və digər istiqamətlər üzrə mühazirə deyib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az