Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksud Cavadovla görüşüb.
Görüşdə universitetlə müəssisə arasında metallurgiya sahəsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, metallurgiya mühəndisliyi və materialşünaslıq mühəndisliyi ixtisasları üzrə kadr hazırlığına diqqətin artırılması məsələləri müzakirə olunub.
Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “Azəralüminium” MMC-də AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq.
Tehsil-press.az