Təhsil Nazirliyi: Bu il ölkənin təhsil müəssisələri üçün 21 min kompüter alınıb

Təhsil Nazirliyi: Bu il ölkənin təhsil müəssisələri üçün 21 min kompüter alınıb 2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda - 21 min kompüter alınıb.
Məktəblərin yeni alınmış kompüterlərlə təchizatı nəticəsində 300 min şagirdin rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt) 365 min nəfər şagirdi üçün e-jurnal və e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər