Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 183 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 75 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 346 548, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 431, ikinci mərhələ üzrə 4 676 760 nəfər təşkil edir.
Ümumilikdə isə 1 500 357 “buster” doza vurulub.

Tehsil-press.az



Oxşar xəbərlər