Azİİ e-Kitab Evi oxucularının bu il üçün “Polpred com” məlumat bazasına giriş imkanları təmin olunub

Azİİ e-Kitab Evi oxucularının bu il üçün “Polpred com” məlumat bazasına giriş imkanları təmin olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin oxucularına “Polpred com” məlumat bazasına 2022-ci il üçün abunəlik təmin olunub.
2019-cu ildən etibarən ADNSU Rusiya Federasiyasının “Polpred com” məlumat axtarış bazasının “Neft, qaz, kömür RF və xaricdə” sahəsi üzrə abunəliyi həyata keçirir. “Polpred com” məlumat axtarış bazasına 2022-ci il üçün də abunəlik təmin olunub və hazırda bazanın elektron resurslarına giriş imkanları mövcuddur. Məlumat axtarış bazasından və onun resurslarından Azİİ e-Kitab Evinin qeydiyyatdan keçən 6 min 300-dən yuxarı oxucusu və ADNSU-nun professor-müəllim heyəti istifadə etmək hüququna malikdir. Resurslardan istifadə etmək istəyənlər, ilk növbədə, Azİİ e-Kitab Evinin elektron qeydiyyatından keçməlidirlər. Giriş həm universitet daxilində, həm də evdən mümkün olacaq.
Evdən giriş etmək istəyənlər Azİİ e-Kitab Evinin səhifəsində paylaşılmış linklə (Polpred.com) həmin bazaya daxil olaraq “Evdən giriş” düyməsinə müraciət etməklə istifadəçi adı və şifrə alaraq bazada olan resurslardan yararlana biləcəklər.
Qeyd edək ki, “Polpred com” Rusiya Federasiyasının ən geniş məlumat axtarış bazasıdır. Bazada Rusiya Federasiyasında və xaricdə neftin, qazın çıxarılması, nəqli və saxlanılması, kəşfiyyatı və emalı, eləcə də kömürün, morfun çıxarılmasına aid məqalələr və digər materiallar verilib.
Azİİ e-Kitab Evinin [email protected] elektron ünvanına müraciət edən hər bir oxucu onu maraqlandıran suallara cavab ala bilər.

Tehsil-press.az

Oxşar xəbərlər