ADNSU-da “Nəriman İbadulla oğlu Babayev. Biblioqrafik göstərici” kitabının təqdimatı olub

ADNSU-da “Nəriman İbadulla oğlu Babayev. Biblioqrafik göstərici” kitabının təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Nəriman İbadulla oğlu Babayev. Biblioqrafik göstərici” kitabının təqdimatı olub.
Kitab geologiya-mineralogiya elmləri doktoru, professor Nəriman Babayevin həyat və fəaliyyətinə həsr olunub. Azİİ e-Kitab Evi tərəfindən hazırlanmış biblioqrafik göstərici Azərbaycan və ingilis dillərində olmaqla 238 səhifədən ibarətdir. Professor Nəriman Babayevin nəşr edilmiş dərslikləri, monoqrafiyaları, elmi məqalələri, əsərlərinin siyahısı, təltifləri və s. haqqında kitabda ətraflı məlumatlar verilib.
Təqdimat mərasimində ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, dosentlər Naməd Paşayev, İslam Tağıyev professor Nəriman Babayevin həyat və yaradıcılığından danışıblar.
Sonda S.Mahmudova geologiya və geokimya üzrə ixtisaslaşan mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Azİİ e-Kitab Evinin elektron kataloquna və elektron bazasına daxil edilməsi barədə məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər