ADNSU-da payız semestrinin imtahan sessiyası davam edir

ADNSU-da payız semestrinin imtahan sessiyası davam edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunur.
ADNSU-nun rektoru professor Mustafa Babanlı auditoriyalarda imtahan prosesini izləyib.
Universitetdə imtahan sessiyasının müvafiq qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması istiqamətində bütün tədbirlər görülüb.
Tələbələrdən 1523-ü artıq imtahanlarda iştirak edib. İmtahanlar uğurla davam edir.
İmtahanlar üç növbədə (saat 9.00, 13.00, 17.00-da) iki formada (yazılı, yazılı-şifahi) aparılır. İmtahan cavabları kodlaşdırılır və yoxlanıldıqdan sonra nəticələr 24 saat müddətində elektron universitetdə (Unibook) yerləşdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər