Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası bu ali məktəbdə yay imtahan sessiyasının gedişini izləyib.
İctimai Etimad Şurasının sədri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, şura üzvləri Sahib Məmmədov, İlham Şaban, Səadət Məmmədova, Məzahir Babayev, Bəhruz Nəzərov, “Azİİ Məzunları” İctimai Birliyinin sədri Hacı Nuran Hüseynov, media nümayəndələri imtahan keçirilən auditoriyaları gəzib, imtahan üçün yaradılan şərait, müəllim və tələbələrin hazırlığı ilə tanış olublar.
Şura üzvləri, eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzində olublar. Onlara universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması və s. barədə məlumat verilib. Qeyd edilib ki, iyunun 12-də ADNSU-da 22 qrup yazılı, 43 qrup isə yazılı-şifahi imtahan verib.
Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. Rektor M.Babanlı universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə yaradılan şəffaf tədris mühitini, tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

ADNSU-nun Mətbuat Xidməti