Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb.
İmtahanlar təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli əmrinə müvafiq olaraq əyani formada təşkil edilib.
BDU-nun rektoru Elçin Babayev professor-müəllim heyəti ilə görüşdə sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi üçün bütün şəraitin yaradıldığını bildirib. Rektor imtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət olunacağını qeyd edib.
COVID-19 pandemiyasının mənfi təsirlərinin azaldılması, BDU-da imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə bakalavriat səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün humanitar fənn blokuna aid olan “Azərbaycan dilində işgüzar kommunikasiya” və “Xarici dildə işgüzar kommunikasiya” fənləri üzrə imtahanlar şifahi formada cədvəl üzrə müəyyən olunmuş günlərdə saat 14.00-18.00 aralığında təşkil ediləcək. Həmçinin II, III, IV kurslarda payız semestrində tədris olunan fənlərdən yalnız biri üzrə imtahanın şifahi formada, əvvəlcədən təyin olunmuş günlərdə saat 14.00-18.00 aralığında təşkil olunacaq.
Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10.00-13.00 aralığında təşkil ediləcək. Magistratura səviyyəsinin I və II kurslarında bütün imtahanların yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14.00-18.00 aralığında təşkil olunacaq. 2021-2022-ci tədris ilinin payız semestrində onlayn və ənənəvi dərslərdə texniki səbəbdən, eləcə də xəstəliklə əlaqədar iştirak edə bilməyən tələbələrin müraciətlərinə onların təqdim etdikləri sənədlərə uyğun olaraq fərdi qaydada baxılacaq.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
Tehsil-press.az