“Yaraqlılar tamamilə məhv edilənə qədər terrorla mübarizə davam etdirilməlidir” - Tokayev

“Yaraqlılar tamamilə məhv edilənə qədər terrorla mübarizə davam etdirilməlidir” - Tokayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə terrorla mübarizə qərargahının iclası keçirilib.
Tokayev iclasda antiterror əməliyyatı barədə danışıb.
“Əməliyyat artıq başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu, əsasən, bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və əmlaka ziyan vurmaqda davam edirlər. Buna görə də terrorla mübarizə tədbirləri yaraqlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir”, - Prezident bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər