Qazaxıstan Prezidentinin şəklini kazino reklamında istifadə etdilər

Qazaxıstan Prezidentinin şəklini kazino reklamında istifadə etdilər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin görüntüsü qanunsuz şəkildə onlayn-kazino reklamında istifadə edilib. Bu barədə onun mətbuat katibi Berik Kurmanqali Feysbuk hesabında yazıb.
“Rəsmi şəkildə bəyan etmək istəyirəm ki, ölkə başçısının bu reklama heç bir aidiyyatı yoxdur, onun fotoları isə qeyri-qanuni istifadə edilib”, - Kurmanqali qeyd edib.
Mətbuat katibi ümid edib ki, hüquq mühafizə orqanları məsələni həll edəcək.
Kurmanqali sosial şəbəkələri reklam paylaşımlarına daha məsuliyyətli yanaşmağa və kiminsə görüntülərinin qeyri-qanuni istifadə olunmamasına yol verməməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər