Bəzi məhsulların idxalı ƏDV və gömrük rüsumundan azad edildi

Bəzi məhsulların idxalı ƏDV və gömrük rüsumundan azad edildi Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.
Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:
- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;
- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Tehsil-press.az


Oxşar xəbərlər