Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı yeni məlumat yaydı

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı yeni məlumat yaydı Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tehsil-press.az

Oxşar xəbərlər