Meksikalı jurnalist və fotoqraf Marqarito Martines qətlə yetirilib.
Bu barədə məlumatı Martinesin çalışdığı “Cadena Noticias” nəşri yayıb.
Martines Tixuan şəhərində evindən çıxarkən güllələnib.
49 yaşlı Marqarito Martines 10 ildən çox müddət ərzində Tixuanda bir neçə milli və beynəlxalq xəbər agentliyində işləyib və Amerika-Meksika sərhədində yerləşən həmin şəhərin silahlı dəstələrinin törətdiyi cinayət və təcavüz faktlarını işıqlandırıb.
Qeyd edək ki, 2021-ci ildə Meksikada 7 jurnalist öldürülüb. Bu, digər ölkələrlə müqayisədə ən yüksək göstəricidir.
Tehsil-press.az