Siyasətçi öldürüldü, 27 polis həbs edildi

Siyasətçi öldürüldü, 27 polis həbs edildi Meksikanın Mixoakan ştatının Okampo şəhərində 64 yaşlı siyasətçi Fernando Angeles Xuares evində öldürülüb.
O, son bir həftədə öldürülən üçüncü siyasətçi olub.
Cinayət hadisələrində əli olduğu şübhəsi ilə 27 polis və İctimai Təhlükəzzilik Şöbəsinin rəhbəri Oskar Qonzales Qarsiya federal polislər tərəfindən həbs edilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 1 iyulda Meksikada parlament seçkiləri keçiriləcək. Seçkilər öncəsi bu günə qədər 100-ə yaxın siyasətçi öldürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər