Peşə təhsil müəssisələri 20 Yanvar faciəsinin otuz ikinci ildönümünü silsilə tədbirlərlə qeyd ediblər

Peşə təhsil müəssisələri 20 Yanvar faciəsinin otuz ikinci ildönümünü silsilə tədbirlərlə qeyd ediblər 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar peşə təhsil müəssisələrində müəssisə rəhbərlərinin, tələbə və müəllim kollektivinin iştirakı ilə silsilə tədbirlər keçirilir.
Tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər xiyabanları ziyarət edilib. Tədbirlərdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Peşə təhsil müəssisələrinin rəhbərləri çıxışları zamanı 20 Yanvar hadisələrində xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən söz açıblar. Qeyd olunub ki, 20 Yanvar hadisələrinə ilk hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderin müvafiq Fərmanı ilə 1998-ci ildə isə “20 Yanvar şəhidi” fəxri adı təsis olunub. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib.
Tələbələr Qanlı Yanvar hadisələrinin başvermə səbəbləri, sovet ordusunun dinc sakinlərə qarşı törətdiyi qətliamlar haqqında geniş təqdimatlarla çıxış edərək, bu faciənin Azərbaycan xalqının azadlıq mübarizəsində xüsusi rolunu diqqətə çatdırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər