Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.
Yanvarın 16-da ali təhsil müəssisəsində Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin canlı şahidləri ilə görüş keçirilib. Görüşdə şahidlərin həmin məşum günlə bağlı xatirə və çıxışları dinlənilib.
“Dualarda yaşayan şəhidlər” adlı tədbir isə Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Gənc Yaradıcılar Klubunun birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq mübarizəsində böyük rol oynadı. Bu gün Azərbaycan müstəqil, həyatımızın bütün sahələrində sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri olan bir dövlətdir. Qədirbilən xalqımız həmişə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini əziz tutur.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışıb. Bildirilib ki, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu faciəyə öz etirazını bildirib, faciəni qətiyyətlə pisləyən bəyanat verib. Yalnız ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.
20 Yanvar faciəsi haqqında videoçarx nümayiş etdirildikdən sonra Gənc Yaradıcılar Klubunun Azərbaycan filologiyası fakültəsi üzrə sədri Sadəgül Baloğlanova Ehtiram Fənanın “Dağ hara, insan hara?!” qəzəlini səsləndirib.
Tədbirdə Gənc Yaradıcılar Klubunun üzvləri tərəfindən “Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!” adlı bədii kompozisiya təqdim edilib.
Qeyd edək ki, BSU-da yanvarın 17-18-də Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Əsas kitabxananın birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi təşkil ediləcək. Yanvarın 19-da və 20-də isə BSU-nun professor-müəllim heyəti və tələbə kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş soydaşlarımızın məzarlarını ziyarət edəcək.
BSU-nun Mətbuat Xidməti