Mingəçevir Dövlət Universitetində “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib

Mingəçevir Dövlət Universitetində “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib Mingəçevir Dövlət Universitetində (MDU) “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova 32 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış “20 yanvar” faciəsinin eyni zamanda Azərbaycan xalqının milli qürur və şərəf tarixi olduğunu vurğulayıb. E.Cəfərova bu hadisələrin Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyini bir daha sübut etdiyini qeyd edib.
Daha sonra, MDU-nun Humanitar fənlər kafedrasından baş müəllim İlham Məmmədov “1990-cı il 20 yanvar faciəsini doğuran tarixi şərait”, müəllimlərdən Aygün Qədirova “Ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisələrinə siyasi baxışı”, Tahirə Quliyeva “20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli ruhunun yüksəlişinə təsiri”, Mirzə Cavadov “20 yanvar faciəsi və Azərbaycançılıq ideologiyasının təzahürü”, Leyla Babayeva “20 yanvar hadisələri 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni şərtləndirən amillərdən biri kimi”, Gülər Əjdərzadə “Müstəqil Azərbaycan 20 yanvar faciəsindən keçən 32 ildə”, Ceyran Vəliyeva “20 yanvar faciəsinin bədii əsərlərdə əksi”, Vüsalə Mövlayeva “20 yanvar hadisələrinin gənc nəslə çatdırılması ilə əlaqədar qarşıda duran vəzifələr” mövzularında məruzələrlə çıxış ediblər.
32 il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edən çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər