Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 20 Yanvar hadisələrinin başvermə səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün idi. Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdir. Bu böyük cəsarət hissinin, eyni zamanda, öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsi idi.
Məhəmməd Babanlı bildirib ki, artıq biz ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 Yanvar şəhidlərinin ruhu indi şaddır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazandı. 44 günlük müharibədə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.
Sonra laboratoriya müdiri, dosent Aydın Paşacanov, institutun Gənc alim və mütəxəssislər şurasının sədri, dosent Faiq Məmmədov, böyük elmi işçi Süleyman Verdiyev və başqaları 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını deyiblər. Qeyd edilib ki, həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.
Tehsil-press.az