Professor Validə Məmmədova Qazaxıstanda “Ən yaxşı ekspert sertifikatı”na layiq görülüb

Professor Validə Məmmədova Qazaxıstanda “Ən yaxşı ekspert sertifikatı”na layiq görülüb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektor müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova Qazaxıstanın Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyi tərəfindən təşəkkürnamə və “Ən yaxşı ekspert sertifikatı” ilə təltif olunub.
Validə Məmmədova Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyi ilə əməkdaşlığı və təltif haqqında təəssüratlarını bölüşüb: “Qazaxıstan Respublikasının Avropa təhsil məkanında tanınan Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin 10 illik yubileyi münasibətilə bu nüfuzlu təşkilatın 4000 ekspertindən ancaq 200 nəfərinin içində mənə təşəkkürnamə və “Ən yaxşı ekspert sertifikatı” verilməsini təkcə özümün deyil, eyni zamanda, bizim universitetin nailiyyəti hesab edirəm. Mən artıq 9 ildir ki, Qazaxıstan Respublikasının Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) ekspertiyəm. IAAR Qazaxıstan Respublikasında fəaliyyətini beynəlxalq standartlara uyğun quran ilk agentlikdir. ENQA - Avropanın Ali Təhsildə Keyfiyyət Təminatı Assosiasiyası kimi mötəbər təşkilatın tamhüquqlu üzvü olaraq 2016-cı ildən beynəlxalq statusa malikdir və 2021-ci ildə auditdən keçərək bunu bir daha təsdiq edib”.
Qeyd edək ki, Validə Məmmədova Agentlik xətti ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Moldovanın mədəniyyət və incəsənət təmayüllü və pedaqoji universitetlərinin beynəlxalq akkreditasiyasında iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər