Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 10 illiyinə həsr olunan “Ali təhsilin keyfiyyəti: qlobal trendlər və regional aspektlər” V Orta Asiya Beynəlxalq Forumunda iştirak edib.
Forumda “Təhsilin keyfiyyətinə beynəlxalq yanaşmalar”, “Ali təhsil: inkişaf strategiyaları”, “Öyrənmə texnologiyaları və gələcək modellər”, “Tibbi təhsilin keyfiyyətinin təkmilləşdirilməsi mexanizmi kimi beynəlxalq akkreditasiya”, “Təhsilin keyfiyyətinin idarəçiliyində tələbələrin rolu” və “Universitetlərin rəqabətqabiliyyətliliyinin artırılması faktoru olaraq reytinqi” mövzuları müzakirə olunub.
Forumda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İdarə Heyətinin üzvü Emil Xəlilov və Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edib. İlham Hümbətov plenar iclasda əsas məruzəçi qismində çıxışında on il ərzində IAAR-ın bölgədəki tanınmış beynəlxalq keyfiyyət təminat agentliklərindən birinə çevrilməsinin diqqətəlayiq olduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, hər il keçirilən forum keyfiyyət təminatı sisteminin inkişafında müasir yanaşmaları, akkreditasiya və reytinq araşdırmalarını, keyfiyyətli mədəniyyətin inkişafına töhfə verən, təhsil və əmək bazarı nümayəndələri arasında konstruktiv qarşılıqlı əlaqəni təşviq edən beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Tehsil-press.az