UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir

UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində tədris prosesinin təşkili zamanı bəlli səbəblərdən tələbələrin auditoriyadaxili dərslərinin sayı olduqca çox olurdu. Belə qəbul olunurdu ki, auditoriya sanki bir “emalatxanadır” və müəllim həmin “emalatxanada” tələb olunan keyfiyyətlərə cavab verən istənilən mütəxəssisi hazırlaya bilir. Bu yanaşma bu gün də ciddi dəyişikliyə məruz qalmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər